​Zaxarova Zaxarçenkonun ölümündə Kiyevi günahlandırdı

Baxış sayı:
2542

Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova“Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenkonun qətli ilə bağlı açıqlama verib. Muxalifet.az xəbər verir ki, Zaxarova jurnalistlərə açıqlamasında Donetskdəki partlayışın arxasında rəsmi Kiyevin dayandığına işarə edib: “Görünür, sülh barədə vədləri yerinə yetirməyərək, qanlı qırğına başlamaq qərarına gəldilər”. Qeyd edək ki, bu gün Donetskdə kafedə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb. Partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.