Yol polisi “Skoda” ilə saatda 200 km sürətlə şütüyən sərxoş azərbaycanlını təqib edir... - DRAMATİK KADRLAR

Baxış sayı:
1267

Rusiyanın Sankt-Peterbuq şəhərində yol patrul polisinin əməkdaşları “Şkoda Octavia” markalı avtomobili sərxoş vəziyyətdə idarə edərək saatda 200 kilometr sürətə şütüyən azərbaycanlı sürücünü saxlayıb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, yol patrul polisinin əməkdaşları həmin sürücünün arxasınca Kalininsk rayonunda düşüb. Polislər saat 04.30 radələrində Rustaveli küçəsində şübhəli avtomobili saxlayaraq sürücüdən sənədləri tələb ediblər, lakin o sənədləri təqdim etmək əvəzinə qaza basıb. Patrul avtomobilləri sərxoş Azərbaycan vətəndaşının idarə etdiyi “Skoda Octavia”nı təqib etməyə başlayıblar, bu zaman sürücü avtomobili saxlamaqdan imtina edib və saatda 200 kilometr sürət yığıb. 
Təqib Qrajdansk və Prosveşenie prospektlərinin kəsişməsində yekunlaşıb. Azərbaycanlı sürücü yol ayrıcında qəza törədib və avtomobili işıq dirəyinə vurub. O, xəsarət almayıb, müayinə zamanı  30 yaşlı sürücünün qanında 0.380 mq/l alkaqol aşkar edilib. Sürücünün barəsində üç inzibati xəta protokolu tərtib edilib-xuliqanlıq, sərxoş halda avtomobil idarə etmə və polisin tələbinə tabe olmama maddələri üzrə.