Yanıb külə dönmüş 12 yaşlı Firuzənin qardaşından ŞOK İTTİHAM - VİDEO

Baxış sayı:
6400

"Atam dedi ki, bu evi yandıraram, amma sizə buraxmaram". Bu sözləri evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin qardaşı 14 yaşlı Rabil sözləyib.
Firuzənin anası Rabil Allahverdiyev Qabil oğlu Zaur Baxşəliyevin "Bizimləsən" proqramında atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, anasını və onu döydüyünü deyib:
"Atam bizi geri istəsə onunla getmərəm. Heç bacımı da ( Rabilin Firuzədən başqa 6 yaşında bacısı var) qoymaram. Çünki bilirəm ki, bizə baxmayacaq. Evdən çıxanda bizə dedi ki, bu evi yandıraram, amma sizə buraxmaram".
Rabil bununla da, özü də istəmədən evin və bacısının yanmasında atasını günahlandırmış olub.
Rabili dayısı Bakir də onun sözlərini təsdiqləyib:
"Axırıncı günü mən onlara gedəndə, məni təhqir etdi və dedi ki, uşaq-zad vecimə deyil, mən bu evi tikmişəm, odlaya da bilərəm. Halbuki o evin tikilməsində mənim çox əməyim olub. Bacımın xatirinə həm maddi kömək edirdim, həm də özüm oğlumla bir yerdə ustalıq-fəhləlik edirdim".

Zəminə Allahverdiyevanın qardaşı Bakir

Firuzənin anası Zəminə Allahverdiyeva da onların sözünü təsdiqləyib. Zəminə Qabilin evi yandırmaq fikrində olduğunu, lakin onun belə bir işi görəcəyini ağlına gətirmədiyini deyib.
Qeyd edək ki, Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. Qonşuların sözlərinə görə, yüngül həyat tərzi keçirən ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub. Qadın özü də həmin gecə evdə olmadığını etiraf edib.
Firuzənin atası Qabil bəy, nənəsi Tamara xanım və əmisi Vüsal bəy Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü iddia edirlər.
Xatırladaq ki, hadisə Binəqədi rayonunda sentyabrın 28-dən 29-na keçən gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb.
Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən uşaq artıq külə dönübmüş.
Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.

BAKU.WS