Yağış, qar olacaq, yollar buz bağlayacaq… - PROQNOZ

Baxış sayı:
2654

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Muxalifet.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Tibbi-meteoroloji proqnoza görə, dekabrın 08-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq. Hava şəraiti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 8-də axşam, 9-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 9-da arabir güclənəcək. Azərbaycanın rayonlarında dekabrın 8-də axşam, 9-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.