​"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq" – ELNUR ELTÜRK / VİDEO

Baxış sayı:
905

“Ümumiyyətlə, son illər Azərbayacan dövlət televiziyası maraqlı verilişlərlə gündəmə gəlir. Heç kimə sirr deyil ki, əvvəllər televiziyanın izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini qazanıb və xalqımızın tarixini, milli-mənəvi dəyərlərini  təbliğ edən verilişlər yayımlayır. Bu dəfə kanal teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasın; əlamətdar hadisələrdən biri hesab edirəm".
Elnur Eltürk bildirib ki, veriliş Güneydə də maraqlı qarşılanacaq: "Bilirsiniz ki,  körpü xalqımızın milli-mənəvi və tarixi ideoloji düşüncəsində xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsində güneydən olan qardaş və bacılarımız əsglərimizə birlik dəstəyini nümayiş etdirirdilər. 
Əsgərlərimizi alqışlarla döyüşə yola salırdılar.  Onlarla belə videolar yayımlanırdı. Bunu sosial şəbəkələrdən və GünAz. TV-in  yayımlandığı videolardan da görmək olurdu. Vətən müharibəsi birliyimizi daha da gücləndirdi. Bu gün Xudafərin birlik və həmrəylik simgəsinə çevrilib. Həm də Xudafərindən düşmənə verilən mesajlar aydındır. Qarabağ bütövlükdə Azərbaycanın torpağıdır".