XIZIDA QƏZAYA UĞRAYAN HELİKOPTERDƏ 14 HƏRBÇİMİZ HƏLAK OLUB? - Qəzada öldüyü iddia olunan şəxslərin siyahısı açıqlandı, daha 4 nəfər yaralıdır / YENİLƏNİB - 2

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində qəzaya uğrayıb. Muxalifet.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq məlumat yayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə bu gün vertolyot qəzasında həlak olan hərbçilərimizin adları açıqlanıb. Bunlar aşağıdakılardır:
Polkovnik Füzuli Cavadov
Polkovnik leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mayılov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Süleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
İşçi Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev
Bir daha qeyd edək ki, helikopter qəzasında ölən və yaralananların sayı və adları ilə bağlı rəsmi açıqlama yoxdur.
***
“Sputnik Azərbaycan” xəbər verir ki, qəzaya uğrayan hərbi helikopterin göyərtəsində 18 nəfər olub. Onlardan 14 nəfər ölüb, qalan 4 nəfərin vəziyyəti ağırdır.
Rəsmi olaraq, məlumat hələ ki, təsdiqini tapmayıb.