XİN Yerevanın Bakıya veto hədəsinə münasibət açıqlayıb: “Ermənistan KTMT-nin yeganə üzvü deyil"
31-08-2018 12:21
Baxış sayı:
2164
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeganə üzvü deyil”.
Muxalifet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev avqustun 31-də keçirdiyi brifinqdə rəsmi Yerevanın Azərbaycanın KTMT-yə mümkün üzvlüyünə veto qoymaq barədə açıqlamasına münasibət bildirərkən deyib.
“Ermənistan KTMT-nin yeganə üzvü deyil, bu təşkilatın digər üzvləri də var”, – o deyib.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini müvəqqəti icra edən Anna Naqdalyan bildirib ki, Azərbaycan KTMT-yə daxil olmaq niyyətini açıqlayacağı təqdirdə Ermənistanın veto hüququndan istifadə edəcək./report/