Xameneidən SEPAH-a ÇAĞIRIŞ: hərbi və kəşfiyyat sahələrində...

Baxış sayı:
5002

İranın Ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) yeni silahlar hazırlamağa çağırıb.
Bu barədə dini liderin rəsmi saytında informasiya yerləşdirilib.
Xamenei SEPAH-ın müasir silahlara ehtiyacı olduğunu və onların da müstəqil şəkildə İranda istehsal edilməsi gərəkdiyini bildirib.
“SEPAH-ın bu gün hərbi və kəşfiyyat sahələrində nəyə ehtiyacı olduğunu anlamaq və bu istiqamətdə irəliləmək lazımdır”, - o qeyd edib.//axar