“XALQ SIĞORTA” UCAR SAKİNİNƏ DƏYMİŞ ZƏRƏRİ ÖDƏMİR - “Tofiq Hüseynov deyir ki, Ucar Rayon Yol Polisi Şöbəsinə pulumu vermişəm…”

Baxış sayı:
1171

Ucar rayonunu Qarabörk kəndində yaşayan Umarov Şəmsəddin İslam oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. «Xalq Sığorta»nın rayon fililalının rəhbərliyindən şikayət edən Ucar sakininin məktubunu olduğu kimi dərc edirik:
“Bildirirəm ki, «Xalq Sığorta» sığorta agentliyinin Göyçay filialı mənə sığorta pulunu ödəmək əvəzinə, Ucar Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları ilə əlbir olub, məni get-gələ salırlar. Belə ki, 15 dekabr 2020-ci il tarixində Daşkəsən rayon Tapan kənd sakini Hüseynov Tofiq Musa oğlu idarə etdiyi 90 TS 464 dövlət qeydiyyat nişanlı “Ford-tranzit” yük maşını ilə Ucar-Zərdab magistral yolunda hərəkət edən zaman Qarabörk kənd ərazisində mənə məxsus 4 baş qoyunu maşınla vuraraq öldürmüşdür. Qeyd edim ki, ikitərəfli yaşayış məntəqəsinin olması və yolda hərəkət surətinin 60 olması ilə bağlı yol kənarında işarələr qoyulub. Buna baxmayaraq Tofiq Hüseynov idarə etdiyi maşınla surət həddini aşdığına görə, maşına tormoz versə də, mənim 4 qoyunumu vurub öldürüb. Qəza hadisəsi baş verdiyi yerdə maşının tormozunun izi təxminən 50 metrdir. Bu da göstərir ki, Tofiq Hüseynovun idarə etdiyi maşının surəti 120-dən yuxarı olub.
Buna baxmayaraq Tofiq Hüseynov mənə deyir ki, «Ucar Rayon Yol Polisi Şöbəsinə pulumu vermişəm, sən get pulunu sığorta şirkətindən al, mənlik deyil».
Ucar Rayon Yol Polisi Şöbəsinin rəisi Müşviq müəllimə deyirəm ki, hadisə nəticəsində mənim qoyunlarım tələf olub. Hadisənin baş verməsinə səbəb Tofiq Hüseynovun maşını yüksək surətlə idarə etməsidir. Müşviq müəllim mənə deyir ki, «mən sənə qoyun alıb verənəm?». Hətta bununla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng vurmuşam.
«Xalq Sığorta» sığorta agentliyinin Göyçay filialı da mənə dəymiş ziyanı ödəmir. Səbəb də göstərir ki, «Ucar Rayon Yol Polis Şöbəsi arayışı vermir, get özün şöbə ilə danış, arayışı al gətir». Halbuki, qanunvericiliyə əsasən «Xalq Sığorta» sığorta agentliyinin Göyçay filialı bu arayışı almaq üçün Ucar Rayon Yol Polisi Şöbəsinə dərhal sorğu göndərməli idi. Həmin sorğu polis şöbəsinə daxil olduğu tarixdən etibarən 10 gün müddətinə arayışı sığorta şirkətinə təqdim edilməlidir. Bu arayışı alındığı tarixdən sığortaçı yeddi iş günüdən gec olmayaraq sığorta ödənişini verməli, ya da bu ödənişin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Təəssüf ki, «Xalq Sığorta» sığorta agentliyi öz öhdəliyini yerinə yetirməmək üçün qanunamüvafiq hərəkət etmir. Özlərinin yaratdığı qaydalarla hərəkət edirlər.
Ona görə də mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm, şikayətimin araşdırılması təqsiri olan şəxslərin cəzalandırılması haqqında ciddi tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.