"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırdı

Baxış sayı:
7441

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb. "Kommersant" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub. “Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib. Səhv messencerin son yeniləməsində aradan qaldırılıb.//Report