​Vüqar Səfərli ciddi rejimli kolona köçürüldü

Baxış sayı:
1885

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Muxalifet.az 
xəbər verir ki, sabiq fond rəhbəri Penitensiar Xidmətin Müalicə Müəssisəsindən ciddi rejimli koloniyaya köçürülüb.
Qeyd edək ki, V.Səfərli Bakı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə köçürülmüşdü.
Xatırladaq ki, V.Səfərli və bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və Cinayət Məcəlləsinin digər maddələri ilə ittiham olunublar.
Muxalifet.az