Vətəndaş nazirə görə yolun bağlanmasına irad bildirdi və... - NAZİR ÜZR İSTƏDİ

Baxış sayı:
1612

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Girəsuna sel fəlakətinə görə xilasetmə işlərinin aparıldığı bölgəyə getdiyi zaman yolun bağlanması yerli sakinin etirazına səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, yerli sakinin tvitter-də "Rəzalətə bax. Nazir gəlir deyə, yol 2 saat bağlı qalacaqmış" yazmasına nazirin özü cavab verib.

Belə ki, Süleyman Soyulu elə tvitter-də məsələyə aydınlıq gətirib və bunları yazıb: "Gəliş-gedişim cəmi yarım saatdır. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə üzr istəyirəm".