“VƏTƏN MƏNƏ OĞUL DESƏ...” – 44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə

“Tariximizə sahib çıxaq” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən mənə oğul desə... 44 günlük zəfər tariximiz şagirdlərimizin gözü ilə” layihəsinə 01 oktyabr 2022-ci il tarixdən etibarən start verilib.
Muxalifet.az xəbər verir ki, təşkilat oktyabr ayında Bakı şəhərində iki orta məktəbdə 44 günlük zəfər tariximizə həsr olunmuş tədbir keçirmişdir. Bu haqda saytımıza “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov açıqlama verib. Onun sözlərinə görə, təşkilatın sonuncu tədbiri 15 noyabr 2022-ci il tarixdə Goranboy rayonu, Milli Qəhrəman Sərxan Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbində 8-9-cu sinif şagirdləri arasında 44 günlük Zəfər tariximizə həsr olunuş “Vətən mənə oğul desə...” mövzulu inşa müsabiqəsi ilə davam edib. Təşkilat nümayəndələri sinif otağında olan şagirdlərə layihə haqqında məlumat verdikdən sonra, şagirdləri inşanın mövzusu və şərtləri ilə tanış ediblər.
“İnşalar orta məktəbin müəllimləri və təşkilatın ekspertləri tərəfindən yoxlanıb qiymətləndirildikdən sonra tədbir məktəbin akt zalında davam etdi. Bildirək ki, tədbirdə Goranboy rayon İcra Hakimiyətinin böyük məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov, Gəncə-Daşkəsən Şəhər Təhsil İdarəsinin Goranboy sektorunun nümayəndəsi Bəxtiyar Qurbanov, Tatarlı kənd icra nümayəndəsi Fətullah Əzizov, Tatarlı kənd tam orta məktəinin direktoru Fuad Zamanov, Qarabağ savaşının Səfikürd kəndinin şəhidi Milli Qəhrəman Ocaqverdiyev Sərxan Surxay oğlunun anası Gülzar Ocaqverdiyeva, şəhid Səməd Fizuli oğlu Rzayevin anası Zərqələm Kazımova, Tatarlı kəndinin şəhidi Ələsov Əli Aydın oğlunun xanımı Mətanət Məhərova, AMEA Folklor İnstitutunun əməkdaşı Vəfa Saleh, tarixçi Vəfa Şamilova, Tatarlı kəndinin Vətən müharibəsi iştirakcısı Xəyal Rüstəmov də iştirak edirdi”, - Araz Şamilov qeyd edib.
O deyir ki, məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra isə məktəbinin direktoru Fuad Zabit oğlu Zamanov qonaqları salamlayaraq, tədbirlərin əhəmiyyətindən danışaraq, istər müəllimlərin, istərsə də şagirdlərin fəallığından çox razı qaldığını bildirib. Məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş kompozisiyalarda məktəblilər 44 günlük zəfər tarixini, şəhidləri, qazilərin qəhrəmanlığını tərənnüm edən şeirlər söyləyiblər.
Dahasonra təşkilatın sədri Araz Şamilov layihə haqqında iştirakçılara geniş məlumat verərərək, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirəcəyini bildirib. Tədbirin sonunda sədr inşa müsaiqəsinin qaliblərini səhnəyə dəvət edib. Beləliklə, Goranboy rayonunun Tatarlı kənd tam orta məktəbində “Vətən mənə oğul desə...” mövzusu üzrə keçirilən inşa müsabiqəsinin qalibləri seçilib:
Sərbiyə Yusifova I yer üzrə,
Aydan Qurbanova, Eşqin Cəfərov II yer üzrə,
Asəf Həsənov, Şəmsəddin Əmirov III yer üzrə.
Qaliblərə mükafatlar verildikdən sonra inşa müsabiqəsində iştirak edən bütün iştirakçılara iştirakçı diplomu təqdim edilib. Eyni zamanda tədbirdə iştirak edən şəhid yaxınlarına və Vətən müharibəsi iştirakçısına da təşkilat tərəfindən diplom təqdim edilib. Məktəbin direktoru Fuad Zamanova fəal ictimai aktivliyinə görə təşkilat tərəfindən təşəkkürnamə verilib.
“Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur”, - Araz Şamilov bildirib.
Muxalifet.az