Vilayət Eyvazov generalı işdən çıxardı - YENİ TƏYİNAT

Baxış sayı:
328

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub. Onun əvvəlki vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Eyvazov ötən gün DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov tutduğu vəzifədən azad edilib. //Bizimyol.info

Nazirin digər əmrinə əsasən, Həzi Aslanov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub. //oxu.az