Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi - YENİLƏNİB

Gəncədə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə aid olduğu iddia edilən görüntülər yayılıb. Yerli mətbuatda yayılan kadrlarda onun səhhətinin yaxşı olduğu, normal şəkildə qidalandığı görünür. Buna baxmayaraq, həmin şəxsin icra başçısının oxşarı ola biləcəyi də vurğulanıb.
Muxalifet.az bildirir ki, azvision.az-ın əldə etdiyi məlumata görə, internetdə yayılan videodakı şəxs Elmar Vəliyevin özüdür. Görüntülər bir neçə gün əvvəl lentə alınıb. İcra başçısının müalicəsi artıq başa çatıb və hazırda reabilitasiya mərhələsindədir.
Yaxınlarının saytımıza bildirdiyinə görə, E.Vəliyev qısa müddətdə işə qayıdacaq.
***
Sosial şəbəkələrəd yayılan bu videodakı şəxsin Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyev olduğu bildirilir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır.
Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün.
Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir. Muxalifet.az musavat.com-a istinadən bu videonu yayır və hansısa qənaətə gəlməyi oxucuların öhdəsinə buraxır.