Velosipeddən yıxılan müəllim öldü - CƏLİLABADDA

Baxış sayı:
6773

Cəlilabadda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.
Məlumata görə, hadisə bir neçə gün öncə Cəlilabad rayonunda baş verib.
Belə ki, rayon sakini,1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Lakin R.Alışanov cərahi əməliyyat olunsada, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, R.Alışanov ingilis dili müəllimi işləyib.
Faktla bağlı araşdırma aparılır./report