​Ukraynaya əsgər göndərməyə hazırıq - BELARUS

Minsk ehtiyac olacağı halda sülhməramlılarını Ukraynanın şərqində - Donbasda təhlükəsizliyi təmin etmək üçün göndərməyə hazırdır.
Muxalifət.az xəbər verir ki, bu barədə Belarusun Daxili İşlər naziri Vladimir Makey danışıb.
“Bu bölgədəki sülh və sabitliyi təmin etmək üçün mümkün olan hər şeyi etmək niyyətindəyik. Buna görə də sülhməramlı vəzifələrdə iştirak etmək üçün bütün maraqlı tərəflərin razılığı ilə zərurət olacağı təqdirdə sülhməramlı kontingent ayıra bilərik”, - Makey bildirib.