Ukraynada matəm elan edildi - BU SƏBƏBDƏN
8-12-2019 10:05
Baxış sayı:
2401
Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.
Bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.
Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.
Ukrayna Prezidenti Vladimir Zelenski baş verən faciə ilə bağlı dekabrın 8-də ölkə üzrə matəm elan edilməsinə dair sərəncam verib.
Qeyd edək ki, dəhşətli yanğına səbəb kimi elektrik naqillərinin qısaqapanması göstərilir. Faktla bağlı cinayət işi açılıb.//Azərtac