Ukrayna prezidentinə impiçment hazırlanır

Ukrayna Ali Radasının bir neçə fraksiyası ölkə prezidenti Petro Poroşenkoya impiçment layihəsi hazırlayır.
 
Layihənin rəhbəri "Barkivşina" partiyasının sədri Yuliya Timoşenkodur.
Layihəni "Müxalif blok" və "Samopomoş" partiyası dəstəkləyir.
Ölkə prezidentinin istefası ilə fraksiyalara daxil olmayan bir neçə deputat da razıdır. Layihənin Radada nə vaxt müzakirə olunacağı hələlik açıqlanmır.