Türkiyənin müdafiə naziri ABŞ senatorunu tərlətdi

Baxış sayı:
6676

Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, nazir Akarın Ankarada təmaslarda olan Amerikalı senator Qrehemi məqamında qəbul etdiyi qeyd olunub.
 
 Görüşdə, Suriyadakı son hadisələr ilə Türkiyə-ABŞ arasındakı əməkdaşlıq məsələlərinin müzakirə olunduğu qeyd edilən açıqlamada, bu ifadələrə yer verilib:
“Nazir Akar tərəfindən Münbiçdə verilən sözlərin tutulmadığı, YPG-nin PKK ilə eyni bütünün parçaları olduğu və Türkiyənin PKK/YPG, İŞİD və FETÖ terror təşkilatları ilə mübarizə apardığı, Türkiyənin sərhədlərinin cənubunda terror dəhlizi yaradılmasına icazə verməyəcəyi, iki ölkənin birlikdə çalışaraq bu problemləri aşa biləcəyi ifadə edildiyi vurğulanıb".
Müxalifət.az