Türkiyədə koronavirus xəstələrinin sayı 200 minə çatır - DAHA 16 NƏFƏR ÖLDÜ

Baxış sayı:
303

Türkiyədə son sutkada koronavirusdan daha 16 ölüm qeydə alınıb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirus qurbanlarının sayı 5 131 nəfərə çatıb. 

Bu gün koronavirusa 1 293 yeni yoluxma aşkarlanıb. Bununla da Türkiyədə COVID-19 xəstələrinin sayı 199 906 nəfərə yüksəlıb.

Nazir qeyd edib ki, son sutka ərzində 1 302 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə koronavirusdan sağalanların sayı 173 111 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.