TÜRKİYƏDƏ DÖYÜŞ GEDİR: terrorçularla xüsusi təyinatlılar üz-üzə

Türkiyənin Girəsun vilayətinin Dərəli əyalətində PKK terrorçuları ilə polis qüvvələri arasında silahlı toqquşma baş verib.
Publika.az xəbər verir ki, Türkiyə polisi “Aram” kod adlı terrorçu Mustafa Tolucanın tutulması üçün əməliyyat keçirib. Bölgədə axtarışlar zamanı terrorçularla silahlı toqquşma baş verib.
Bölgəyə çoxsaylı polis qüvvələri və xüsusi təyinatlılar göndərilib. Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat davam edir.