Türkiyə və Fransa prezidentləri Suriya məsələsini müzakirə etdi
15-04-2018 01:13
Baxış sayı:
2263
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin "Sabah" qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət başçıları danışıqlarda Suriya məsələsini müzakirə ediblər. Türkiyə Prezidenti fransalı həmkarına Suriya böhranının siyasi yolla nizamlanması zəruriliyini bildirib.