“Türkiyə Suriyada kürd dövlətinin yaradılmasına yol verməyəcək” - ƏRDOĞAN

Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.
“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”, - deyə Ərdoğan  qeyd edib.
Qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər(apa).