Türkiyə ordusu iki gün ərzində 109 terrorçunu məhv etdi

Baxış sayı:
1480

Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatları nəticəsində 109 terrorçu məhv edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, bir neçə terrorçu yaralanıb. Təslim olanlar var. Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri Milli Suriya Ordusu ilə birgə Fərat çayının şərq sahillərində PKK-YPG terrorçularına qarşı əməliyyatlara başlayıb.