​Türk təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib

Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Türkiyənin hərbi təyyarələri İŞİD-in Tall Atiyah və  Əl Athariyah rayonundakı mövqelərinə zərbələr endiriblər.
Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı “Fərat Qalxanı” adlı əməliyyata başlayıb.