Türk generaldan “təhlükəsiz bölgə” açıqlaması

Baxış sayı:
5590

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında, Fərat çayının şərqində Türkiyənin nəzarətində bir təhlükəsiz bölgənin şərt olduğunu açıqlayıb.
 Bu açıqlama bir daha göstərir ki, Türkiyə ilə ABŞ arasında “təhlükəsiz bölgə” məsələsində anlaşma əldə olunmayıb və bu mövzu hələ də iki ölkənin həllə edə bilmədiyi problemə çevrilib. Qeyd edək ki, bu yöndə anlaşmanın mümkün olmadığını ABŞ-ın “Wall Street Journal” qəzeti də yazmışdı. Baxmayaraq ki, ABŞ-ın baş qərargah rəisi Dunford bu gün bu xəbəri təkzib etmişdi. Hulusi Akarın bu açıqlaması isə qəzetin nə qədər doğru yazdığını ortaya qoyur.
Müxalifət.az