​Trampın yeni müşavirindən – ŞOK AÇIQLAMA

Baxış sayı:
6520

Qərbin İranla imzaladığı nüvə sazişinə düzəlişlər edilməsi mümkün deyil.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentinin yenicə seçilmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib:
“Mən, Amerika prezidentinin İranla bağlanmış nüvə sazişi məsələsində mövqeyi ilə tamamilə razıyam. Biz sazişlə bağlı avropalı müttəfiqlərimizlə danışıqlar aparmışıq. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu sazişin dəyişdirilməsi mümkün deyil.
Qəbul etməliyik ki, bu razılaşma elə imzalandığı vaxtdan pis bir saziş idi. Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp çox ehtimal ki, qarşıdan gələn may ayının ortalarına qədər bu sazişlə bağlı yekun qərarını verəcək”.