Trampın təhdidinə qarşı İncirlik “kozır”ı

Baxış sayı:
12178

ABŞ prezidenti Trampın Twitter-dən sovurduğu təhdidi “Yeniakit” qəzetinə dəyərləndirən ekspertlər, “ABŞ hərbi mənada Türkiyənin qarşısına çıxmağa cəsarət etməz. ABŞ-ın əlində istifadə edəcəyi yeganə “kozır” iqtisadi təcavüzdür. Buna qarşı Türkiyənin İncirlik kartını masaya sürməsi, ABŞ-ın geriyə addım atması üçün kifayətdir" deyə qeyd ediblər.
 
Professor Mete Gündoğan: “ABŞ iqtisadi olaraq edəcəyi bir hücum ilə hərbi olaraq edəcəyi bir təcavüzdən daha çox təxribat yaradacağını görür. Noyabrda yaşadıq bu təcavüzü. Bir anda dollar 7,2 TL oldu. İndi məhz seçki ərəfəsində oxşar şeyi bir daha yaşayarsa, çətin günlər keçirəcəyini bilir. Türkiyənin bu zəif nöqtəsini çox yaxşı bildiyi üçün buradan vurmağa və nəticə almağa çalışırlar. "Mən Suriyadan çəkiliəm , amma burada yarı muxtar bir şey yaratdım, buna heç kim toxunmasın, hətta bu barədə Türkiyə də düşünməsin. Yoxsa pərişan edəcəyik” demək istəyir. Bu onlar üçün çox yaxşı işləmiş bir plandır. Digər tərəfdən, ABŞ-ın Türkiyədə bir çox bazası var. İncirlik bunların ən əhəmiyyətlisidir. ABŞ üçün hazırda regionda İncirlikdən başqa bir alternativi yoxdur. Trampın təhdidlərinə qarşı Türkiyənin "Mən də İncirliyi dərhal bağlayıram” deməsi lazımdır. ABŞ-ın Suriyada qurduğu bazalar İncirliyin yerini heç vaxt doldura bilməz. Çünki orada bazaların təhlükəsizliyi təmin edilə bilməz. İncirlikdə nüvə raketləri var. Bu raketləri Suriya və ya başqa bir yerdəki bazaya daşımaq çox təhlükəlidir ABŞ üçün. Orada bir çox qrup var və bunlardan bir dənəsi ABŞ bazasındakı strateji silahları oğurlasa, ABŞ-ın nüfuzu darmadağın olar. ABŞ bunu heç vaxt gözə ala bilməz. İncirlik ABŞ üçün əvəzolunmazdır. Bu cür aldatmacalara Türkiyənin aldanmaması lazımdır. ABŞ-a gözəl bir şəkildə İncirliyin əhəmiyyətini xatırlatmaq lazımdır. Prezidentimizin “ABŞ-ın iqtisadi hücumu bizdən əvvəl İncirliyi məhv edər. Belə bir təşəbbüsü ABŞ rəhbərliyinə məsləhət görmərəm” deməsi də kifayətdir. Başqa şərhə ehtiyac yoxdur, ABŞ bunun nə mənaya gəldiyini çox gözəl anlayır. Bəlli ki, bir ağıllı komanda Trampa belə bir cümlə qurdurdu".
 
Dollar hücumuna etirafdır
 
 ANKASAM sədri professor Mehmet Seyfəddin Erol: "ABŞ bir təhlükəsiz zona yaratmaqla buradakı muxtar dövlətin varlığını təmin etmək istəyir. ABŞ-ın hədəfi 32 kilometr dərinlikdə bir Kürd dövləti qurmaqdır. Bu Türkiyə üçün laqeydlik göstərilməyəcək qədər bir davamlılıq problemidir. Bir başqa aspektdən baxıldığında, Tramp kürdlərin himayəsinə oynayır. Bu açıqlama Türkiyənin "hədəfimiz kürd qardaşlarımız deyil, terror təşkilatıdır” tezisini də zəiflətməyə yönəlmiş bir həmlədir. Tramp daha əvvəlki iqtisadi təcavüzü Türkiyənin öz dinamikalarına bağlamışdı. İndi iqtisadi təcavüz təhdidi əslində əvvəlki dollar hücumunu da ABŞ-ın etdiyinin bir etirafı deməkdir. "Biz daha əvvəl dollar silahını istifadə etmişdik, indi də istifadə edərik” deyir. Əslində Tramp o əməliyyatla bu gün hədə ifadələri ilə elan etdiyi iqtisadiyyat təhdidinin də bazasını yaratmış oldu. ABŞ uzun zamandır Türkiyəyə yönəlik bir iqtisadi təcavüzünün bazasını hazırlayırdı.
 
Geri addım atmamalıyıq
 
Orada qurulacaq bir muxtar idarəetmə qurumu birbaşa müstəqilliyinizi hədəf alır. Müstəqilliyiniz gedəndən sonra sahib olduğunuz dolların bir mənası yoxdur. ABŞ-ın “böyük İsrail” layihəsinə qarşı Türkiyə öz müstəqil siyasətini yeridir. ABŞ bu məsələdə narahatdır və layihəsinin iflasa uğramasını istəmir. Dollar əməliyyatı sonuncudan bir əvvəlki həmlədir. Əgər iqtisadi hücumdan bir nəticə ala bilməsə, ABŞ müharibəyə girə bilər. Bunu özü bilavasitə aparmasa da, amma Türkiyənin qarşısına BƏƏ və Səudiyyə liderliyində bir qüvvə çıxarmağa çalışır".
Müxalifət.az