“Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib” – “Google”

Baxış sayı:
504

Xarici haker qrupları ABŞ Prezidenti Donald Tramp və 2020-ci il prezident seçkilərindəki rəqibi Co Baydenin seçkiqabağı kampaniyasına hücum ediblər.
 
Bu barədə “Associated Press” məlumat yayıb.
 
“Trampın kampaniyasına Çinin haker qrupu, Baydenin kampaniyasına isə İrandan olan qrup hücum edib”, – “Google”un Təhdidlərin Analizi şöbəsinin rəhbəri Şeyn Hantli bildirib./oxu.az