Toyda mikrofonu açıq qalan gəlin biabır oldu: "5 dəqiqə əvvəl hamamda..." - VİDEO

Baxış sayı:
19256

Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə gəlinin mikrofon açıq qaldığına görə qonaqlar arasında pis vəziyyətdə qalması əks olunub. ABŞ-dakı toy mərasimində çəkilən görüntülərə görə, bəy həyat yoldaşına çox gözəl göründüyünü söyləyib. Bundan həvəslənən gəlin gülərək ərinə qeyri-etik formada bir neçə dəqiqə əvvəl hamamda təbii ehtiyacını ödədiyini dilə gətirib. Bəy: Çox gözəl görünürsən Gəlin bəyin qulağına pıçıldayaraq: Bilirəm, 5 dəqiqə əvvəl ayaqyolundaydım, təbii ehtiyacımı ödədim, rahatlaşdım. Bəy: Üstümdə mikrofon var Gəlin: Off Bəy üzərində mikrofon taxıldığını söyləyəndə gəlin pis vəziyyətdə qalıb. Həmin anların görüntüsü sosial şəbəkələrə yüklənib, yüzlərlə dəfə paylaşılıb.