TOY GÜNÜ DƏHŞƏT: Bəy həbsxanaya, gəlin xəstəxanaya - VİDEO / FOTO
1-09-2019 11:31
Baxış sayı:
4773

Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda evlənməyə hazırlaşan Okan Quşbaşı və Gülfər Yelec cütlüyü üçün xına mərasimi təşkil olunub.
Mərasimdən sonra bəy yaşadığı evin balkonuna çıxaraq silahla havaya atəş açıb.
Bəy daha sonra silah səsinə əraziyə gələn 2 bəkçiyə atəş açıb. Saxlanılan Okan Quşbaşı toy günü baş tutan məhkəmədə həbs olunub. Hadisə yerinə gəlinlikdə gələn Gülfər Yelecin isə halı pisləşib və xəstəxanaya yerləşdirilib.
Yaxınlarının sözlərinə görə, bəy silahla atəş açarkən həddən artıq içkili olubmuş. Onlar cütlüyün toyunu bəy həbsxanadan çıxdıqdan sonra edəcəklərini bildiriblər.