Tofiq Yaqublunun həbsi qınanır, ReAL-ın qeydiyyatı alqışlanır – ABŞ səfirliyi bəyanat verdi

Baxış sayı:
1405

ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifət fəalı, Qarabağ qazisi Tofiq Yaqublunun məhkəmənin hökmü ilə həbs olunmasına və ReAL Partiyasının dövlət qedyiyyatına alınmasına münasibət açıqlayıb.

Azpolitika.info xəbər verir ki, səfirliyin "Facebook" səhifəsində yerləşdirilən bəyanatda deyilir: "Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi Amerika Birləşmiş Ştatlarının Səfirliyini məyus etmişdir. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunmuşdur. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq.

ABŞ səfirliyi, bu yaxınlarda REAL siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışlayır".