Tbilisinin azərbaycanlılar yaşayan qəsəbəsində 11 nəfər saxlanıldı - NARKOTİK ALVERİNƏ GÖRƏ

Baxış sayı:
261

Tbilisinin əsasən azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 11 nəfər narkotik alverçisi saxlanılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla saxlanılan şəxslərin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin tərkibli narkotik vasitələr, pul və mobil telefonlar müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunanları 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.