Suriyada Bəşər Əsəd qüvvələrinə aid təyyarələr İdlibi bombaladı

Baxış sayı:
7794

Bəşər Əsəd rejiminin İdlibdə gərginliyin aradan qaldırılması bölgəsində iki məntəqədə yerləşən bazarlara endirilən hava zərbələrində ilkin məlumatlara görə 11 mülki şəxs həlak oldu, ən azı 20 nəfər yaralandı. Muxalifet.az bu barədə "Haber7"-yə istinadla bildirir. Zərbələr İdlibin cənubunda Marratinnuman və Sərakib bölgələri, Hülübbə, Ruffa, Sırman, Kənais, Tel Krisyan ve Bərsə kəndlərinə endirildi. Xilasetmə qrupları hadisə yerində yaralıların oradan çxarılması işlərini aparır. Muxalifətə aid müşahidə məntəqəsindən verilən məlumata görə, rus döyüş təyyarələri, səhər saatlarından başlayaraq İdlibin cənubunda Kefer Secne və Hiraki kəndlərinə hava hücumları edir. Oktyabr ayından başlayaraq İdlib bölgəsində Əsəd rejimi əsgərləri, İrandan maliyyələşən terrorçu qruplar və Rusiyanın hücumları nəticəsində təxminən 62 min dinc əhali evlərinin tərk etməyə məcbur oldu. Muxalifet.az