"Suriya Türkiyə ilə anlaşsa nə ABŞ, nə də YPG qala bilər" - TÜRK GENERALDAN ŞOK AÇIQLAMA

Baxış sayı:
763

Suriya Türkiyə ilə anlaşsa və ordusunu Fəratın şərqinə çəksə, bölgədə nə ABŞ, nə də YPG qala bilər. Kaş ki, bu işbirliyi baş tutsa…

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi general İsmayıl Hakkı deyib.

"Türkiyənin Fəratın şərqinə hərəkatı reallaşdırmaq üçün bu qədər gözləməsinin səbəbi ABŞ ilə anlaşma ehtimalının olması idi. Türkiyənin istəyi 500 kilometrlik sərhədində bir kürd dövlətinin qurulmamasıdır. Ankara kürd silahlı qruplarını təhlükəsizliyinə təhdid olaraq görür. Türkiyə bu hərəkatı başlatmaq gücünə sahibdir, ancaq əsas olan sonrakı prosesi idarə etməkdir", - deyə Hakkı vurğulayıb.