"SURİYA NEFTİ BİZİM OLDU" - Trampdan etiraf

Baxış sayı:
2317

Muxalifet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, Suriyanın şimalında əvvəl İSID terror qruplaşmasının ələ keçirmiş olduğu neft-qaz yataqlarını indi ABŞ öz nəzarəti altına alıb.

"Terrorçular neft üzərində nəzarəti saxlamağa cəhd göstərdilər. Indi isə ona tam olaraq biz nəzarət edirik… Neft bizdədir və onunla istədiyimiz kimi rəftar edə bilərik" - deyə, bildirib. («Daily Express »).

Bundan əvvəl Dövlət Departamentindən xəbər vermişdilər ki, Suriyanın şimalında nefti ABŞ hərbçilərinin nəzarəti altında yerli hakimiyyət hasil və istifadə edir. Bu ərazilərdə neft satışından əldə olunan gəlirlər əvvəllər İSID terrorçularının başlıca mənbəyi idi.

Buradan belə aydın olur ki, indi Suriyanın şimalındakı neft və qazı ABŞ-la YPG terrorçuları bölüşürlər. Beləliklə, Trampın «YPG sevgisi»nin səbəbi məlum olur. O. əbəs yerə deməyib ki, neft haradadırsa, biz də oradayıq…