Sumqayıtda fəhlələr arasında kütləvi zəhərlənmə - RƏSMİ

Baxış sayı:
4462

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib. Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir. Bu arada “Report” zəhərlənənlərin hamısının “Ustay” şirkətinin işçiləri olduğu barədə məlumat yayıb. Yaxınlıqdakı zavodlarda qaz sızması hallarına rast gəlinməyib.