"Səudiyyə Ərəbistanından Fələstin liderinə ULTİMATUM: YA QƏBUL ET, YA DA İSTEFA

İngiltərədə nəşr olunan “Times” qəzeti, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Fələstin lideri Mahmud Abbasa ABŞ-ın hazırladığı “Orta Şərq” “sülh” planını qəbul etməsi üçün təzyiqi etdiyini yazıb.
 
Xəbərdə Mahmud Abbasın bir həftə əvvəl ər-Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerin rəhbərliyi altında hazırlanan sülh planının gündəmə gəldiyi ifadə edilir.
Qəzetin xəbərində, "Şahzadə Məhəmməd Mahmud Abbasa “Tramp planı açıqlananda ABŞ nə təklif etsə, qəbul et, ya da istefa ver" deyə, ifadələr yer alır.
“Times”, Kuşner və vəliəhd şahzadə Məhəmməd arasındakı görüşün gecə saatlarına qədər davam etdiyini və İsrail - Fələstin probleminə uzunmüddətli həll gətirəcək bir “Orta Şərq” “sülh” planı üzərində danışıqların aparıldığını yazır.
Xəbərdə, Kuşnerlə bərabər, Trampın əvvəl müzakirəçisi Jason Greenblatt, milli təhlükəsizlik üzrə müşavir müavini Dina Pauell və ABŞ-ın İsrail səfiri Devid Fridmanın da bir müddətdir ki, “Orta Şərq” “sülh” planı üzərində işlədiyi qeyd edilir.
Qeyd edək ki, Trampın kürəkəni Jared Kuşner, ABŞ prezidentinə Orta Şərq mövzusunda müşavirlik edir.
 
İRANA QARŞI İSRAİLLƏ ƏMƏKDAŞLIQ MƏQSƏDİ GÜDÜR
 
“Times”-ın xəbərində fikrinə yer verilən yüksək səviyyəli bir İsrail səlahiyyətlisi bildirib ki, "Elə görünür ki, plan məsələsində işi ciddiyə almağa başlayıblar."
“Times”, "Körfəz ölkələri Fələstinə xəyanət etdikləri təəssüratı yaradılmadan İsraillə birlikdə İrana qarşı daha yaxşı koordinasiya saxlamaqla, sülh planının həyata keçməsini istəyir" deyə, olanlara şərh verib.
Xəbərdə ABŞ-ın “Orta Şərq” “sülh” planı təklifini gələn ilin əvvəllərində açıqlayacağı da vurğulanır. "ABŞ-ın planında, işğal altındakı bölgələrdəki yaşayış yerləri ilə bağlı olaraq İsrail hökumətinin tələblərinin böyük bir qisminin qəbul ediləcəyini" deyən “Times”, Tramp rəhbərliyinin iki dövlətli həll fikrinə daha yaxın bir nöqtəyə gəldiyi də ifadə edilir.
Səudiyyə Ərəbistanının Fələstin mövzusundakı təşəbbüsünün digər bir səbəbinin də Hizbullah - Həmas əlaqəsi ola biləcəyi bildirilir:
“Səudiyyə Ərəbistanı, Həmas və Hizbullahın daha sıx bir əlaqə quraraq Livandakı Fələstin qaçqın düşərgələrinin nəzarətini tamamilə ələ keçirməsini istəmir".

Müxalifət.az