“SpaceX” ilk dəfə fəzaya insan göndərir - CANLI

Baxış sayı:
1719

ABŞ-ın kosmik raket istehsalçısı “SpaceX” bu gün ilk dəfə insanlı kosmik gəmini yerin orbitinə çıxarır.

Uçuş NASA-nın dəstəyi ilə ABŞ-ın Florida ştatındakı kosmik uçuş mərkəzindən həyata keçirilir.

Hazırda canlı yayımı 1 milyondan çox insan izləyir. Kosmik gəmidə iki astronavt var: 49 yaşlı Lyuis Benken və 53 yaşlı Cerald Hörli. 

Qeyd edək ki, NASA və "SpaceX" 10 ildən artıqdır ki, bu uçuşa hazırlaşır. NASA uçuşun həyata keçirilməsi üçün “SpaceX”ə 3 milyard dollar büdcə ayırıb. İlk cəhdə mayın 27-də hazırlaşsalar da, əlverişsiz hava şəraiti səbəbindən bu, baş tutmamışdı./Qafqazinfo