"Son dərəcə yararlı və səmimi bir görüş idi" - ƏRDOĞAN BAYDENLƏ GÖRÜŞ HAQDA / Video, Yenilənib

Baxış sayı:
3533

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş başa çatıb. APA-nın xəbərinə görə, Brüsseldə NATO sammiti çərçivəsində baş tutan görüş 45 dəqiqə çəkib.

Qeyd edək ki, bu, ABŞ-ın prezidenti olduqdan sonra Co Baydenin türkiyəli həmkarı ilə ilk təkbətək görüşüdür.

Mətbuata qapalı olan təkbətək görüşün ardından heyətlərarası görüş başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başqanı Jozef Baydenlə görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğanın mətbuat konfransını təqdim edirik:

**

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə 45 dəqiqə davam edən təkbətək görüşündən sonra mətbuata açıqlama ilə çıxış edib.

Muxalifet.az xəbər verir ki, o, Brüsseldə gerçəkləşən vacib görüşü dəyərləndirib.

“Qlobal sabitliyin mühafizəsində NATO-nun həm müəyyənediciliyi, həm də öhdəsinə götürməli olduğu məsuliyyətlər artıb. Vaxt məsuliyyətdən qaçmaq yox, əlini daşın altına qoymaq vaxtıdır.

Köklü dəyişikliklərin yaşandığı dönəmdən keçirik. Görüş kritik bir mühitdə baş tutdu.

Strateji səviyyədə fikir mübadiləsi oldu. Son dərəcə yararlı və səmimi bir görüş idi. Hər sahədə səmərəli əməkdaşlıq məsələsində güclü iradə görürük.

Aralıq dənizindən Qara dənizə, Avropadan Asiyaya NATO-nun təmin etdiyi təhlükəsizlik çətirinə ehtiyac duyulan hər yerdə ittifaq aktiv rol oynamalıdır.

Terror məsələsində təşkiilatlar arasında ayrı-seçkilik edən birtərəfli anlayış, təəssüf ki, mövcudluğunu qoruyur. Türkiyə İŞİD bəlasına qarşı üz-üzə mübarizə aparmış tək NATO müttəfiqidir”, - dövlət başçısı qeyd edib.