SON DƏQİQƏ: Türk ordusu Suriyaya girdi, 14 min əsgər... - FOTO

Baxış sayı:
817

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Sülh bulağı" hərbi əməliyyatlarına start verib.

Bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən informasiya yayıb.

Agentliyin məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.

 

Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.

Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq.//publika