SON DƏQİQƏ: Putin Mariupoldakı “Azovstal” zavoduna hücumu dayandırmağı əmr etdi

Baxış sayı:
3370

Rusiya prezidenti Vladimir Putin Kremldə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Mariupoldakı “Azovstal “sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.
Qafqaz.media bu haqda Rusiya KİV-lərinə istinadən xəbər verir.
"Katakombalara qalxmağa ehtiyac yoxdur, milçək uçmasın deyə “Azovstal” sənaye zonasını bağlamaq lazımdır", - Rusiya prezidenti deyib.
Putin bu qərarını rus hərbçilərinin həyatını xilas etmək niyyəti ilə izah edib və Mariupolda təslim olan bütün ukraynalı əsgərlərə həyat zəmanəti verildiyini iddia edib.