SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi

Baxış sayı:
3748

Filippində dəhşətli zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Mindanao adasının Davao şəhərinin cənubunda 6,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutundan verilən açıqlamada zəlzələnin yerli vaxtla saat 09:04-də olduğu bildirilib.
Şəhərdəki əksər binalar sarsıntıya tab gətirməyib. Əhali təhlükəsizlik məqsədilə küçələrə çıxıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
Qeyd edək ki, 2 həftə əvvəl eyni adada 6,4 bal gücündə zəlzələ olmuşdu.