​SON DƏQİQƏ: Ceyhun Məmmədov yüksək vəzifəyə təyin edildi

Baxış sayı:
13702

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat olub.
Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.
Əmrə əsasən Məmmədov Ceyhun Fəxrəddin oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarə rəisi təyin edilib.
Xatırladaq ki, Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.(Trend)