SON DƏQİQƏ: Cəbhə xəttindəki hərbi hissədə ARDICIL PARTLAYIŞLAR - Yaralılar var

Baxış sayı:
8805

Türkiyənin Şanlıurfa şəhərində yerləşən hərbi hissənin silah-sursat saxlanılan bölümündə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, yerli vaxtla saat 22.50-də meydana gəlmiş partlayış nəticəsində baş vermiş yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri adi vətəndaş, 16-sı isə hərbi qulluqçudur. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb.

***
00:53

Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığında partlayış meydana gəlib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, komandanlığın sursat anbarında baş verən hadisə zamanı 5 nəfər yaralanıb.
Şanlıurfa Valisi Abdulla Erin yaralıların mühafizəçi olduğunu deyib və vəziyyətlərini qənaətbəxş kimi dəyərlənidirib. Valilikdən verilən rəsmi açıqlamada iki ardıcıl partlayışın olduğu və yaralıların sayının 9-a çatdığı qeyd edilib.
Hadisə yerinə yanğınsöndürən briqada və təcili tibbi yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.