SON DƏQİQƏ: Ankaradan Rusiyaya SƏRT ETİRAZ - Bu, qəbuledilməzdir!

Baxış sayı:
32083

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin hökumət toplantısından sonra Suriyada həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı və Münbiç ətrafındakı vəziyyətlə əlaqədar açıqlamalar verib. Muxaifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Münbiç addımının qəbuledilməz olduğunu bildirib. “Rusiya ilə Suriya mövzusunu uzun müddətdir danışırıq. Rusiya bu mövzudakı həssaslığımızı yaxşı bilir. ABŞ bayrağını Rusiya bayrağı ilə əvəz etməklə PYD/YPG-nin başqa bir gücün nəzarəti altında olması qəbuledilməzdir. Bu günə qədər Amerika himayəsi və bayrağı altında bu yerləri talan edən, özlərini bu yerlərin hökmdarları elan edən təşkilatlar artıq rahatlıq tapmayacaqlar. Türkiyə bu mövzuda son dərəcə qərarlıdır”, - o deyib. İbrahim Kalın qeyd edib ki, Suriyanın ərazi bütövlüyü, siyasi birliyi və sosioloji tarazlıq baxımından PYD/YPG-nin hökmranlığına son qoymağın vaxtı gəlib: “Oradakı demoqrafik quruluşu pozan nə Türkiyədir, nə də “Sülh çeşməsi” hərəkatıdır. Demoqrafik quruluşu pozan YPG/PYD-nin özüdür. ABŞ Meksika sərhəddində təhlükəsizliyi təmin etməyə çalışdığı kimi, Türkiyənin bunu öz sərhədlərimizdə etməsi də eyni şəkildədir”. O, Bəşər Əsəd rejimi ilə rəsmi təmaslarının olmadığını, bir mesajın çatdırılmasına ehtiyac olduğu halda, bunu ruslar və ya iranlıların vasitəsilə çatdırdıqlarını vurğulayıb. "Bizim Əsəd rejiminə qarşı münasibətimiz bəllidir, dəyişən bir şey yoxdur" Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.//publika