​ŞOK: Lələtəpəyə bayraq sancan polkovnik həbs edildi

Baxış sayı:
4873

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib. Muxalifet.az xəbər verir ki, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib. Məlumata görə, Qadir Vəlişov onunla konfilikt yaşayan yerli dairə seçki komissiyasının sədrinin istəyi ilə qurama ittihamla tutulub. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib: “Azər Abbasəliyev və Zakir açıq şəkildə bəyan edirdi ki, onu şərlədəcəklər. Bunu çox adam bilir. Həmid adlı müstəntiq saxta cinayət işi açaraq, onun barəsində həbs seçib”. Tanımayanlar üçün bildirək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb. Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub. Daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib,bir müddət rəis vəzifəsin icra edib 6 ay öncə Silahlı qüvvələrdən təxris olub. Gununsesi.org-un araşdırması zamanı bəlli olub ki, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov ıb Rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə şərlənərək CM-nin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib. Xəbər redaksiyamıza axşam saatlarında daxil olduğundan polis orqanları ilə dəqiqləşdirə bilmədik. Mövzuya qayıdacağıq.