ŞOK: İŞİD Rusiyada 39 nəfəri öldürdü

Baxış sayı:
7039

İŞİD terror təşkilatı Rusiyanın Maqnitorsk şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Bu haqda məlumatı TRAC və “SITE Intellegence Group” monitorinq təşkilatlarının məlumatlarına əsasən “Al-Naba” portalı yayıb.
Qeyd edək ki, partlayış 2018-ci il dekabrın 31-də onmərtəbəli binada baş verib. Nəticədə, binanın bir bloku uçub və 39 nəfər həlak olub. Dağıntıların altından 18 nəfəri xilas etmək mümkün olub. İstintaq hesab edir ki, təbii qaz sızması partlayışın səbəbi olub.
Yanvarın 1-də Rusiya İstintaq Komitəsindən bildiriblər ki, müstəntiqlər hadisənin bütün versiyaları üzərində işləyir, ancaq onların arasında terror aktı haqqında versiya yoxdur.
“KİV-də meydana çıxan müxtəlif xəbərlərlə əlaqədar qeyd etmək lazımdır ki, dağıntılarda partlayıcı maddələr və ya onların komponentlərinin izləri aşkar edilməmişdir”, - idarədən vurğulayıblar.
Yanvarın 11-də isə şəhərin meri Sergey Berdnikov bildirib ki, mütəxəssislər ikinci və ya üçüncü mərtəbədə partlayışın təxmini episentrini müəyyən ediblər.