Soçidə Ərdoğanla Kremlin sözçüsü arasında MARAQLI DİALOQ

Soçidə Türkiyə prezidenti Ərdoğan ilə Kremlin sözçüsü Peskov arasında təbəssüm  bəxş edəcək bir dialoq yaşanıb.
 
Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərində baş verən maraqlı dialoq kameralara düşüb. Bir Rus televiziyası Ərdoğan və Kremlin sözçüsü Dmitri Peskov arasında yaşanan İngiliscə-Türlcə söhbəti yayımlayıb.
Rusiya dövlət kanalı olan “Rossiya”da yayımlanan görüntülərdə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün Soçiyə gələn Ərdoğanı prezident iqamətgahı qarşısında Peskov qarşılayıb. Putinlə əl görüşürkən "Hello, good evening" deyən Ərdoğan, daha sonra qarşısında Peskovu görəndə, "Peskov! How are you"? deyə, ingiliscə onun halını sorub.
Peskov isə Ərdoğanın sözlərinə Türkcə "Xoş Gəlmisiniz" deyərək cavab verib. Bundan sonra Ərdoğan Peskovun Türkcə yaxşı bildiyini xatırlayaraq, "Sənə mən niyə yaxşısanmı, demirəm, ya" deyərək təbəssüm edib.
Müxalifət.az